FHN-dən yanğın təhlükəsi ilə bağlı əhaliyə MÜRACİƏT  - VİDEO
27 fevral 2020 16:34 (UTC +04:00)

FHN-dən yanğın təhlükəsi ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

FHN-dən Lent.az-a daxil olan müraciətdə bildirilib ki, bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır.

“Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır”, - deyə müraciətdə qeyd olunub.

# 1222
avatar

Mehman Nəbiyev

Oxşar yazılar