Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumatda qeyd edilib ki, mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırıb. Ərdoğan Türkiyənin “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyənin aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verib. Fevralın 26-da saat 15:10-dan etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.