1209
17:50
26 Fevral 2020

“O, Messi, İnyesta, Xavi və Buskets deməkdir”


“Barselona”nın sabiq hücumçusu David Vilya keçmiş komanda yoldaşı Lionel Messi haqda açıqlama verib.

Lent.az -ın məlumatına görə, o, argentinalı futbolçu barədə müsbət fikirlər səsləndirib.

“Bu fikrin müəllifinin kim olduğunu xatırlamasam da, onunla tam razıyam: “Lionel Messi - bu futbolçu Messi, İnyesta, Xavi və Buskets deməkdir”. Leo “9 nömrə” deyil, buna baxmayaraq dünyanın ən yaxşı bombardirlərindən biridir. Əslində o, tipik “10 nömrə” də deyil. Buna rəğmən, çoxlu məhsuldar ötürmə verir. Boyu hündür olmasa da, başla qollar vurur. Messi hərtərəfli əladır, onun zəif cəhəti yoxdur. İlk vaxtlarda Leonun sağ ayaqla zəif oynadığını düşünürdük, lakin sonra həmin ayağı ilə də gözəl qollarının şahidi olduq”, - David Vilya bildirib.

Qeyd edək ki, D.Vilya 2010-2013-cü illər ərzində “Barselona”nın formasını geyinib. O, Kataloniya klubunda 119 oyunda 48 qola imza atıb.