Ərdoğan ABŞ və Rusiyanı QINADI: "25 ildir Qarabağ münaqişəsini həll edə bilmirlər”
26 fevral 2020 15:31 (UTC +04:00)

Ərdoğan ABŞ və Rusiyanı QINADI: "25 ildir Qarabağ münaqişəsini həll edə bilmirlər”

“Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanındayıq”.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə Prezidenti bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqları azad edilməli, regionda sülh bərqərar olmalıdır.

Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Rusiya 25 ildir bu münaqişəni həll edə bilməyiblər.

# 1289
avatar

Oxşar yazılar