“Barselona”ya qol vurdu, yeni müqavilə təklif edildi
26 fevral 2020 13:33 (UTC +04:00)

“Barselona”ya qol vurdu, yeni müqavilə təklif edildi

 

“Napoli” rəhbərliyi komandanın aparıcı futbolçularından olan Dris Mertenslə əməkdaşlığı davam etdirmək fikrindədir.
 
Lent.az-ın “Sky Sport Italia” nəşrinə istinadən məlumatına görə, Neapol təmsilçisi belçikalı hücumçuya yeni müqavilə təklif edib.

Çempionlar Liqasında “Barselona”ya qol vuran 32 yaşlı futbolçunun hazırkı sözləşməsinin müddəti cari mövsümün sonunadəkdir. “Napoli” rəhbərliyi Mertensin komandada qalmasını istəyir. Futbolçu yayda iş yerini dəyişəcəyi halda belə, neapollular onunla yeni müqavilə imzalamağı qarşılarına məqsəd qoyublar. Əks təqdirdə Mertens yayda istədiyi kluba azad agent kimi keçə bilər. Bu isə “Napoli”nin onun keçidindən pul qazanmayacağı anlamına gəlir.

Qeyd edək ki, təcrübəli futbolçunun xidmətində “İnter” və İngiltərənin bir neçə klubu maraqlıdır.

 

# 2078
avatar

Rizvan Babayev

Oxşar yazılar