Çindən kənarda koronavirusa yoluxanların sayı 2459-a yüksəlib
26 fevral 2020 02:15 (UTC +04:00)

Çindən kənarda koronavirusa yoluxanların sayı 2459-a yüksəlib


 

Çindən kənarda koronavirusa yoluxanların sayı 2 459 nəfərə çatıb.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Çindən kənarda dünyada gün ərzində 390 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Çindən başqa digər ölkələrdə infeksiyaya yoluxma halları hazırda 33 ölkədə müşahidə olunub. Çin xaricində sutka ərzində ümumilikdə 34 nəfəra ölüb. Gün ərzində isə 11 nəfərin koronavirusdan öldüyü bildirilir. 

# 908
avatar

Oxşar yazılar