14 seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayıldı
25 fevral 2020 20:24 (UTC +04:00)

14 seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayıldı


 

Təqdim edilmiş protokolların və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib. 

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib. 

A.Muxtarova bildirib ki, 11 saylı Qaradağ Seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar Seçki Dairəsinin 8, 13, 20 saylı, 101 Göygöl-Daşkəsən Seçki Dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb. 

Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

# 1325
avatar

Oxşar yazılar