9 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı
25 fevral 2020 17:20 (UTC +04:00)

9 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında   50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb. 

APA-nın məlumatına görə, bu barədə MSK üzvü  İlkin Şahbazov məlumat verib. 

İ. Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”. 

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.

# 865
avatar

Oxşar yazılar