876
14:04
24 Fevral 2020

Vətəndaşları şantaj edən "jurnalist" saxlanıldı

Hacıqabulda vətəndaşları şantaj edən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ayrı-ayrı vətəndaşlar rayon Polis Şöbəsinə müraciət edərək şantaja məruz qaldıqlarını bildiriblər.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şirvan sakini, 62 yaşlı İlham Rəsul oğlu Həsənov saxlanılıb.

Araşdırmalar zamanı müəyyənləşdirilib ki, İ.Həsənov “dogruxeber.com” saytının əməkdaşı olduğunu bildirərək vətəndaşları şantaj etməklə onlardan böyük məbləğdə pul istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.