“Çelsi” Avropanın ən yaxşı komandası deyil” – Müller
24 fevral 2020 12:19 (UTC +04:00)

“Çelsi” Avropanın ən yaxşı komandası deyil” – Müller

 

“Bavariya”nın futbolçusu Tomas Müller Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” ilə keçirəcəkləri ilk oyun haqda danışıb. 

Lent.az-ın məlumatına görə, almaniyalı hücumçu rəqiblə bağlı maraqlı fikir səsləndirib.

“Çelsi”nin heyətində çoxlu istedadlı futbolçular var. Bu görüşə maksimum dərəcədə məsuliyyətlə yanaşmalıyıq. Amma əminəm ki, “Çelsi” Avropanın ən yaxşı komandası deyil. Odur ki, onlardan qorxmağa dəyməz. Meydana çıxıb öz oyunumuzu göstərməliyik”, - T.Müller bildirib.

Qeyd edək ki, sabah keçiriləcək “Çelsi” - “Bavariya” matçı Bakı vaxtı ilə gecə saat 00:00-da start götürəcək.

 

 

# 1655
avatar

Rizvan Babayev

Oxşar yazılar