“Şou-biznesə ər tapmağa gəlirlər” - Murad
23 fevral 2020 11:55 (UTC +04:00)

“Şou-biznesə ər tapmağa gəlirlər” - Murad

“Kimlərsə şou-biznesə başqa məqsədlərlə gəlir. Bu sahəyə sponsor tapmağa, daha çox qazanmağa və ya ər tapmağa gələn insanlar var. Kiminsə niyyətində yaradıcılıq yoxdursa, o təbii ki, bu sferanı bəyənməyəcək, pisləyəcək”.

Bu sözləri bəstəkar-müğənni Murad Arif “Mtv Azərbaycan”a müsahibəsində deyib. İfaçı bu camiyəni “bataqlıq” adlandıranları qınayıb:

“Bir qızın müsahibəsini oxumuşdum ki, ərə getsəydim, bu bataqlıqdan çıxardım. Bura bataqlıq deyil. Mən buradan tamaşaçılara demək istəyirəm ki, ağlı başında olan, yaradıcılığını sevən insan üçün şou-biznes bataqlıq deyil. Bu şeylər insanın niyyətinə bağlıdır!”.

(Axşam.az)

# 2736
avatar

Oxşar yazılar