Ərdoğan Putin, Merkel və Makronla görüşəcək
23 fevral 2020 01:42 (UTC +04:00)

Ərdoğan Putin, Merkel və Makronla görüşəcək

 

“Bizim üçün İdlib məsələsi Afrin, "Barış bulağı" əməliyyat bölgəsi qədər önəmlidir. Putinə də bunu açıq şəkildə bildirdim, Merkelə də, Makrona da. 5 martda təkrar görüşəcəyik və bu mövzuları bir daha müzakirə edəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, İzmirdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri səsləndirib.

Prezident deyib ki, Türkiyə Suriya daxilində ümumilikdə 8300 kvadrat kilometrlik sahəni İŞİD-çilərdən, YPG/PKK-lı terrorçulardan təmizləyib.

# 1432
avatar

Oxşar yazılar