955
09:27
21 Fevral 2020

Bakıda küçənin ortasında gənc qadın bıçaqlandı: gecə vaxtı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az -ın məlumatına görə, hadisə fevralın 20-də, saat 23 radələrində Keşlə qəsəbəsi, T.Bədəlov küçəsində qeydə alınıb. 30 yaşlı Sarıyeva Maisə Vidadi qızı yalnız adını bildiyi Elnur adlı şəxs tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bıçaqlanıb. Nəticədə o, ağ ciyər nahiyəsindən daxilə nüfuz edən bir bıçaq xəsarəti alıb.

Zərərçəkmiş M.Sarıyeva 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilərək əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılaraq toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.