FHN maarifləndirmə tədbirlərini davam etdirir
20 fevral 2020 15:56 (UTC +04:00)

FHN maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi fevralın 20-də Səbail rayonu 50 nömrəli tam orta məktəbdə şagird və müəllim heyətinin fövqəladə hadisələrlə bağlı maarifləndirilməsi məqsədilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti tədbir keçirib.

FHN-dən Lent.az-a bildirilib ki, tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, eləcə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətlərinin əməkdaşları iştirak edib.

Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “112 qaynar xətti”, Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi tərəfindən “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı tərəfindən isə “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilmiş, mövzulara aid maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Keçirilmiş tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, verilən çoxsaylı suallar ətraflı cavablandırılıb. 

# 1519
avatar

Aygün İbrahimli

Oxşar yazılar