Azərbaycanda yaşayş binasında yanğın olub
20 fevral 2020 12:46 (UTC +04:00)

Azərbaycanda yaşayş binasında yanğın olub

Zaqatalada çoxmənzilli yaşayş binasında yanğın olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 11:50 radələrində Zaqatala şəhəri, F. Əmirov küçəsində qeydə alınıb. İkimərtəbəli çoxmənzilli yaşayış binasının zirzəmisində meydana gələn yanğının söndürülməsinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Yanğın qısa müddət ərazində söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son həftə ərazində Zaqatalada yaşayış binasında baş verən ikinci yanğın hadisəsidir. Belə ki, fevralın 14-ü Zaqatala şəhəri C.Cabbarlı küçəsindəki beşmərtəbəli yaşayış binasının zirzəmisində də yanğın baş verib.

# 978
avatar

Oxşar yazılar