Qorxudub telefonunu aldılar, 4 ay sonra tutuldular
20 fevral 2020 11:37 (UTC +04:00)

Qorxudub telefonunu aldılar, 4 ay sonra tutuldular

Bakının Nizami rayonunda quldurluq baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2019-cu il oktyabrın 9-da Bakı şəhər sakini Z.Novruzova qarşı quldurluq edilib. Həmin gün A.Manafov küçəsində 2 nəfər onu bıçaqla hədələyərək mobil telefonunu alıb.

Bu barədə zərərçəkmiş Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

# 882
avatar

Mehman Nəbiyev

Oxşar yazılar