Sterlinq qərarını verdi: qalır, ya gedir?
17 fevral 2020 11:33 (UTC +04:00)

Sterlinq qərarını verdi: qalır, ya gedir?


“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq gələcək karyerası ilə bağlı qərar verib. 

Lent.az-ın “The Mirror” nəşrinə istinadən məlumatına görə, 25 yaşlı hücumçu “şəhərlilər”lə əməkdaşlığını davam etdirəcək.

Bu barədə Sterlinqin agenti Edi Uord açıqlama verib. O bildirib ki, Rahim Madrid “Real”ından təklif almasına baxmayaraq, “Mançester Siti”dən ayrılmayacaq. Sterlinqin İngiltərə klubu ilə 2023-cü ilədək müqaviləsi var.

Qeyd edək ki, R.Sterlinq “Mançester Siti”yə 2015-ci ildə “Liverpul”dan keçib. O, hazırkı komandasında ümumilikdə 226 oyun keçirib və 89 qola imza atıb.

# 1471
avatar

Rizvan Babayev

Oxşar yazılar