Avtomobil sektorunda bu da oldu: Artıq yan güzgülər olmayacaq - FOTO
16 fevral 2020 17:51 (UTC +04:00)

Avtomobil sektorunda bu da oldu: Artıq yan güzgülər olmayacaq - FOTO

Lexus, hibrid sedan “ES 300h” modeli ilə digital yan güzgü texnologiyasını Avropa bazarına çıxarır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, martdan etibarən satışa çıxarılacaq yeni güzgü və monitorlar təhlükəsizliyi və rahatlığı artıracaq.

Yeni digital yan güzgülər vasitəsilə sürücülər ətrafı istənilən zaman daha açıq şəkildə görə biləcəklər. Digər tərəfdən isə həmin güzgülərə yağış və digər çirklərin təsir etməməsi sürücülərin işini daha da asanlaşdırır. Həmçinin kameralarda quraşdırılan isindiricilər buzlanma və buxarlanmanın qarşısını alır. Bundan əlavə, kameralarda olan parlaqlıq sensoru avtomatik olaraq arxadan gələn avtomobilin işığını azaldır və sürücünün gözünə düşməsinə imkan vermir.

Həmin kameralar isə salonun ön hissəsində olan 2 ədəd  5 düyümlük monitorlar vasitəsilə izlənilir. 

# 13254
avatar

Mehman Nəbiyev

Oxşar yazılar