2185
15:14
15 Fevral 2020

MSK sədri: “Narahatlığa heç bir əsas yoxdur”


“Məntəqə seçki komissiyalarında və səs verilən məntəqələrdə baş vermiş qanun pozuntuları ilə bağlı məsələlərə Dairə seçki komissiyalarında (DSK) baxılmalıdır”.

APA-nın məlumatına görə, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, şikayət verən bəzi namizədlər narahatdır: “Amma buna heç bir əsas yoxdur. Məntəqələrdə baş verən pozuntularla bağlı məsələyə DSK-larda baxılır. Əgər DSK-nın qərarı namizədi qane etmirsə, bu halda o, MSK-ya müraciət edə bilər. Bu zaman MSK həmin şikayəti araşdırıb müvafiq qərar qəbul edəcək. Bütün müraciətlərə qanunun tələbinə uyğun şəkildə baxılacaq”.