16:04
14 Fevral 2020

“Real”ın futbolçusuna İngiltərədən 3 təklif

Madrid “Real”ının futbolçusu İsko karyerasını İngiltərədə davam etdirə bilər.

Lent.az -ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqanın 3 klubu yaxından maraqlanır.

Bunlar “Mançester Siti”, “Çelsi” və “Arsenal”dır. “Real” rəhbərliyinin də İskonun gedişinə qarşı olmadığı bildirilir. “Kral klubu” transferin onları qane edəcək məbləğ qarşılığında baş tutmasına razıdır. İspanlar İskonun satışından əldə olunacaq gəlirlə PSJ-nin hücumçusu Kilian Mbappeni almaq niyyətindədir.

Qeyd edək ki, İspaniya yığmasının da üzvü olan İsko 2013-cü ildən “Real”ın formasını geyinir.

Dİgər xəbərlər