Metroda qadın qatar relsinə düşdü - HƏRƏKƏT dayandı
14 fevral 2020 11:58 (UTC +04:00)

Metroda qadın qatar relsinə düşdü - HƏRƏKƏT dayandı

Bu gün saat 11 radələrində Bakı metrosunun hərəkətində fasilə yaranıb. Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov Lent.az-a  gecikmənin səbəbini izah edib:

“Metronun “Memar Əcəmi” stansiyasında qadın qatar relsinə düşüb. Bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəyə yaxın fasilə yaranıb. Qadın relsdən çıxarılaraq polisə təhvil verilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3050

Oxşar yazılar