1113
10:45
14 Fevral 2020

BNA 7 marşrut xətti üzrə müsabiqələrin şərtlərini açıqladı

12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtləri açıqlanıb.

Lent.az quruma istinadən xəbər verir ki, şərtlərlə Bakı Nəqliyyat Agentliyinin rəsmi internet səhifəsində müsabiqələr bölməsində tanış olmaq mümkündür.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər 24.02.2020-ci il tarixi saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə mürciət etməlidirlər.

Dİgər xəbərlər