Bakıda gənclərin mübahisəsi zamanı iki nəfər bıçaqlandı
14 fevral 2020 00:00 (UTC +04:00)

Bakıda gənclərin mübahisəsi zamanı iki nəfər bıçaqlandı

 

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun “Neftçilər” stansiyaaının yaxınlığında qeydə alınıb.

1998-ci il təvəllüdlü Nəzirov Röyal Yadigar oğlu tanışı 1997-ci il təvəllüdlü Heydərov Məmməd Əli oğlu ilə əlbəyaxa dava edib. Bu zaman R.Nəzirov bıçaqla M.Heydərova bir neçə zərbə vurub. R.Nəzirov sonda bıçaqla öz ayağına xəsarət yetirib.

Hər iki yaralı təcili tibbi yardım xidmətinin köməkliyi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar