“Tövrat” ilk dəfə orjinaldan Azərbaycan dilinə tərcümə olundu
13 fevral 2020 15:45 (UTC +04:00)

“Tövrat” ilk dəfə orjinaldan Azərbaycan dilinə tərcümə olundu

Birinci səmavi kitab olan “Tövrat” ilk dəfə orjinaldan Azərbaycan dilinə tərcümə olunub.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə keçirilən tədbirdə məlumat verilib.

“Tövrat”ı AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov tərcümə edib.

O,  ibri dilindən Azərbaycan dilinə tərcümə etdiyi və nəfis formatda nəşr olunan “Tövrat”ı MEK-ə hədiyyə edib. İndiyə qədər orijinal mətnlə müqayisəli şəkildə tərcümənin mövcud olmadığı bildirilib.

T.Sadıqov gələcək planlardan danışarkən vurğulayıb ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni müqayisəli mövzular və tədqiqat işlərini davam etdirəcək. “Tövrat”ı ilk dəfə orijinaldan Azərbaycan dilinə tərcümə edən Teymur Sadıqov bildirib ki, müqəddəs kitabın tərcüməsinə  2014-cü ildən başlayıb, 5 il bu işlə məşğul olub.

Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi tərcüməçinin müxtəlif mənbələrdən istifadə etməsini asanlaşdırıb.

# 1904
avatar

Aygün İbrahimli

Oxşar yazılar