Avtomobildən 2 kq-dan çox heroin aşkarlandı
13 fevral 2020 19:18 (UTC +04:00)

Avtomobildən 2 kq-dan çox heroin aşkarlandı


İmişlidə avtomobildən 2 kiloqramdan çox heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1135

Oxşar yazılar