410
11:45
13 Fevral 2020

Azərbaycandan keçərək Avropaya getmək istəyən 38 əcnəbi saxlanılıb

Dövlət Sərhəd Xidməti 1 ay ərzində saxta sənədlərlə Azərbaycandan Avropaya keçmək istəyənlərin sayını açıqlayıb.

DSX-dən Lent.az -a verilən məlumata görə, Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqəsində 38 əcnəbinin sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib. Məlumatda bildirilir ki, saxlanılan şəxslərin 21-i İran, 3-ü İraq, 3-ü Özbəkistan, 2-si Hindistan, 2-si Misir, 2-si Pakistan, 2-si Efiopiya, 1 nəfər olmaqla Küveyt, Nigeriya və Nepal vətəndaşlarıdır.

Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.