Bakıda ər arvadını burnundan bıçaqladı
13 fevral 2020 11:18 (UTC +04:00)

Bakıda ər arvadını burnundan bıçaqladı

Bakıda ər arvadını bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə fevralın 12-də, Binəqədi rayon, “Azadlıq” prospektində qeydə alınıb.

42 yaşlı F.İsmayılov “Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib.
Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, 2 ədəd metadon və 1 ədəd tramadol aşkar edilərək götürülüb.
F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.

# 843
avatar

Mehman Nəbiyev

Oxşar yazılar