416
10:01
13 Fevral 2020

Bakıda maşınların qənimi saxlanıldı

Bakıda avtomobillərdən silsilə oğurluqlar edilib.

Lent.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri yanvar və fevral aylarında bir neçə avtomobildən oğurluq edən Bakı sakini 26 yaşlı Orxan Qayıbxanov saxlanılıb.

Onun yanvarın 25-də S.Zeynalovun, yanvarın 30-da C.Urşanovun, fevralın 4-də Q.Əhmədovun, 5-də C.Abbaslının, 9-da T.Əliyevin, 10-da K.Zümürxanovun və E.Yusifovun avtomobilindən oğurluq etdiyi bildirilir.