"Bu yaxınlarda qərar veriləcək" - Eldar Əzizov Mərkəzi rayondan danışdı
12 fevral 2020 11:50 (UTC +04:00)

"Bu yaxınlarda qərar veriləcək" - Eldar Əzizov Mərkəzi rayondan danışdı


"Prezidentin tapşırığı ilə bu yaxınlarda Bakıda mərkəzi rayonun yaradılması nəzərdə tutulur".

APA-nın məlumatına görə bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Konqres Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə,  mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək: "Bu binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid  standartlara gətirib çıxarmaq üçün maraqlı şərait yaradılır. Bu yaxınlarda artıq qərar veriləcək".

E.Əzizov deyib ki, paralel olaraq Bakının mərkəzində abadlıq işləri aparılır, nəinki yeni binalar, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvələrində neftin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən tarixi binaların bərpası aparılır: "Bu proses göz qabağındadır. Mövcud olan bu cür problemlər mərkəzi rayonun yaradılması ilə aradan qalxacaq".

# 3273
avatar

Oxşar yazılar