1296
03:20
12 Fevral 2020

Hubeydə koronavirusdan ölənlərin sayı 1068-ə yüksəldi

Çinin Hubey əyalətində koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 1068 nəfərə çatıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Regional Sağlamlıq Komitəsi məlumat yayıb.

Yeni virusa yoluxanların sayının isə 33 366 nəfər olduğu bildirilib. Onlardan 2639 nəfər sağaldıqlarına görə xəstəxanadan evə buraxılıblar.

Qeyd edək ki, vilayətdə 1638 yeni virusa yoluxub ki, onlardan 1110-u koronavirusun episentri hesa edilən Uhan şəhərində qeydə alınıb.