11:16
11 Fevral 2020

Rusiyanın axtardığı 5 nəfər Azərbaycanda tutuldu – qətl, qarət... - VİDEO

Rusiya Federasiyası Buryatiya Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycanda xidməti ezamiyyətdə olublar. Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, nəticədə, Buryatiyada cinayət törətmiş 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Onlar qətldə, qarətdə və digər cinayətlərdə ittiham olunurlar.

Məlumata görə, onlar uzun müddət axtarışda olublar. Saxlanılanlardan biri isə bu müddət ərzində soyadını belə dəyişibmiş.

Dİgər xəbərlər