2199
09:14
11 Fevral 2020

Hava ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT - RƏSMİ

"Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən verilən məlunata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb".

Bu barədə Lent.az -a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Hazırda körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur: "Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub.

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik.

Eyni zamanda piyadala yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".