689
10:17
10 Fevral 2020

Şimal bölgəsində 22 dərəcə şaxta olub

Ötən gün axşam saatlarında şimal bölgəsində qar yağmağa davam edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 50 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 42 sm, Xaltanda 20 sm, Xızının Altıağac qəsəbəsində 28 sm, Qubanın mərkəzində 15 sm, Şabranda 3 sm, Qusarın Yasab kəndində 16 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 22-dək, Xınalıqda isə mənfi 20-dək enib.