Xankəndi sakinləri parlament seçkilərində səs verir
09 fevral 2020 17:10 (UTC +04:00)

Xankəndi sakinləri parlament seçkilərində səs verir


122 saylı Xankəndi Seçki Dairəsinin 1 və 2 saylı məntəqələrində səsvermə davam edir. APA-nın məlumatına görə, Seçki Dairənin paytaxt Bakıda yerləşən iki məntəqəsində ATƏT PA müşahidəçiləri Bieerk Kristof və Comlay Madelalme səsvermə prosesini izləyib.

İki məntəqədə ümumilikdə 30 yerli müşahidəçi səsvermə prosesini müşahidə edir.

"Rəy Monitorinq Mərkəzi" və Fransanın "Opinion Way" təşkilatı "exit-poll" keçirir.

Səsvermə hüququndan istifadə edən Xankəndi şəhər sakini Süleyman Hüseynov tam şəffaf şəkildə istədiyi namizədə səs verdiyini deyib. S. Hüseynov növbəti seçkilərdə doğma Xankəndində səs vermək arzusunu dilə gətirib.

 

# 1040
avatar

Oxşar yazılar