632
10:25
08 Fevral 2020

Həbsdəki qohumuna narkotik apardı

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Lent.az -a Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 180.2.1; 180.2.2 və 56.1.3-cü maddələrinə əsasən 3 il 6 ay azadlıqdan məhrum edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Ruslan Eldar oğluna qohumu, Bakı şəhər sakini Nəsibov Gündüz İman oğlunun gətirdiyi sovqata baxış zamanı orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,781 qram narkotik maddə - həşiş qətranı, 0,854 qram narkotik maddə - tiryək və 1,614 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.