2069
11:11
07 Fevral 2020

172 sərnişinin olduğu təyyarə vurulmaqdan xilas edildi

Suriyanın hava məkanından istifadən edən sərnişin təyyarəsi Rusiyanın bu ölkədəki Xmeymim aviabazasına təcili eniş edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, ötən gün İsrail Hərbi Hava Qüvvələrinə məxsus 4 “F-16” qırıcısı Suriyanın paytaxtı Dəməşqin ətrrafına qəfil hava zərbələri endiriblər. Buna cavab olaraq, Suriya hava hücumundan müdafiə sistemi işə düşüb. Bu zaman isə Tehrandan hərəkət edən “Airbus-320” sərnişin təyyarəsi Dəməşq beynəlxalq hava limanına eniş etməyə hazırlaşıb.

İ. Konaşenkov qeyd edib ki, hava limanının dispetçerlərinin operartiv fəaliyyəti və avtomatlaşdırılmış hava nəqliyyatına nəzarət sisteminin effektivi işi nəticəsində sərnişin təyyarəsi ərazidən uzaqlaşdırılıb və hava nəqliyyat vasitəsi Xmeymim aviabazasına eniş edib.

Sərnişin təyyarəsində 172 nəfər olub.