Keçmiş məhkumdan tapança götürüldü
07 fevral 2020 10:23 (UTC +04:00)

Keçmiş məhkumdan tapança götürüldü

0

Bakı şəhər sakinindən silah-sursat götürülüb.

Lent.az-ın verdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları qanunsuz silah saxlamaqla bağlı əməliyyat tədbirləri keçiriblər.

Nəticədə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşayan, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsilə məhkum olunmuş Bakı şəhər sakini 45 yaşlı E.Vahabovun evindən “TT” markalı tapança və 5 ədəd patronu olan sandıqça götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1067

Oxşar yazılar