304
11:20
06 Fevral 2020

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutuldu


Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Suraxanı Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Sultanlı, E. Əhmədov və N. İzbullayevin avtomobillərindən oğurluq edən, əvvəllər məhkum olmuş Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Kamil Qəniyev tutulub.

K.Qəniyev saxlanılan zaman onun üzərindən 0,259 q metavitamin aşkar olunaraq götürülüb.