708
17:42
03 Fevral 2020

Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı


Magistraturaya qəbul olmaq istəyənlər üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az -a verilən məlumata görə, fevralın 2-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 17:30-dan etibarən açıqlanıb.

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 847 nəfərdən 19 nəfər imtahana gəlməyib. 1 nəfərin üzərində mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və nəticəsi ləğv olunub.