Həmsədrlər Ermənistan XİN başçısı ilə sərt danışdı - SƏBƏB
30 yanvar 2020 16:30 (UTC +04:00)

Həmsədrlər Ermənistan XİN başçısı ilə sərt danışdı - SƏBƏB


Ermənistanın Baş Naziri Nikol Paşinyanın Qafanda mətbuat konfransı zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi ilə bağlı səsləndirdiyi fikirlər ATƏT-in Minsk qrupu həmsədrlərinin kifayət qədər ciddi narahatlığına səbəb olub.

APA-nın xəbərinə görə, bu barədə “168 jam” qəzeti şəxsi mənbələrinə istinadən məlumat yayıb.

Həmsədrlər birmənalı olaraq Minsk qrupunun strategiyası ilə ziddiyyət təşkil edən fikirləri Paşinyanın növbəti öz fəaliyyət cəhdi kimi qəbul ediblər.

“Yanvarın 29-da Cenevrədə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşüb. Həmsədrlər Paşinyanın Qarabağla bağlı dediklərinə görə Mnatsakanyanla kifayət qədər sərt danışıblar”, - deyə qeyd olunub.

Xatırladaq ki, N. Paşinyan Qafanda keçirdiyi mətbuat konfransında bildirib ki, sabiq prezident Serj Sarkisyanın vaxtında aparılan danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sənəddə Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərdə tutulub. Paşinyan danışıqlar prosesi ilə bağlı digər detalları da açıqlayıb.

# 1473
avatar

Oxşar yazılar