572
11:54
30 Yanvar 2020

İcbari tibbi sığorta üzrə xidmətlərin sayı təkmilləşdiriləcək - RƏSMİ

"Gözləmə müddəti icbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlərin növündən və vətəndaşın vəziyyətindən asılı olaraq hər hansı bir tibbi xidmətin göstərilməsi üçün maksimal müddətdir".

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva deyib.

O qeyd edib ki, ambulator xidmət 14 gün ərzində təşkil edilməlidir: "Planda stasionar tibbi xidmətin 20 gün ərzində təqdim edilməsi nəzərdə tutulur. Təcili tibbi və təxirəsalınmaz yardım isə dərhal vətəndaşa təqdim edilməlidir. Bu zaman həm ambulator, həm stasionar, həm təcili yardım maşını çağıran zaman da gözləmə müddəti tətbiq edilmir və müştərək maliyyələşmə məbləği ödənilmir".

S. Quliyeva bildirib ki, Xidmətlər zərfinə daxil olan xidmətlərin sayı ildən-ilə mütəmadi şəkildə təkmilləşdiriləcək: "Bu da statistik göstəricilər və daxil olan müraciətlər əsasında vətəndaşların istifadəsinə təqdim olunacaq”.

O əlavə edib ki, ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların ixtisaslı həkimlərə müraciət etməsinə icazə verilir.