Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 31-də Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən Lent.az-a verilən məlumata görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyasında aparılıb. İmtahanda iştirak etmək üçün 240 nəfər qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək.
İmtahan kompüter vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.