Bu dekorlar zəlzələ zamanı ölüm riskini artırır - FOTOLENT
30 yanvar 2020 19:56 (UTC +04:00)

Bu dekorlar zəlzələ zamanı ölüm riskini artırır - FOTOLENT

Zəlzələdə baş verən ölüm hadisələrinin 100/30 faizinə bəzək dekorasiyaları səbəb olur.

Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, aparılan araşdırmalara görə, ev dekorasiyası zamanı istifadə edilən ağır bəzək əşyaları insan həyatı üçün təhlükəlidir. 

Bəs evi necə bəzəməliyik? Zəlzələ zamanı ölümə səbəb olacaq dekor bəzəkləri hansılardır? 

Mütəxəssislərin fikrincə, zəlzələ zamanı binanın tez çökməsi onun təkcə bünövrəsindən asılı deyil. Evi dekorasiya edərkən də onun təbii fəlakətə uyğunluğunu nəzərə almaq lazımdır.

Təbii ki, bina evlərində görülən dərin işlər, onun möhkəmliyinə ciddi təsir edir. Bundan başqa, tədqiqatlara görə, dekorativ məhsul seçimləri həyatı riski artırır. 

Evləri bəzəyərkən, əsas qaydalara riayət etmək mütləqdir. Əşyaları yerləşdirərkən zəlzələ kimi təbii fəlakətləri nəzərə alaraq həyatınızı riskə atmayacaq şəkildə yerləşdirməlisiniz. 

Çərçivələr və güzgülər

Çərçivələr və güzgülər divara asılarkən xüsusilə möhkəm və sarsılmaz olmalıdır. Yatağın baş tərəfinə çərçivələr asmaq yerinə divar kağızı istifadə etmək olar.

Divara asılmış şəkillər

Divardan şəkil asırsınızsa və xüsusilə ağırdırsa, həyatınız üçün risk yaratmayacaq bir yerdə asın.

Kitab rəfləri və digər şkaflar

Kitab rəflərini və ya digər şkafları, divara hördürmək daha doğru olar. Dekorasiya edərkən ağır vazalar və şüşə qablar aşağı rəflərdə yerləşdirilməlidir. Çalışın ki, şkaflarda kilidli bir sistem istifadə etməyi vərdiş halına gətirin. Təhlükə yaranan zaman qırılan şüşələr daha çox zərər verə bilər.

Yataq otaqları

Yataq otağında tavandan atılmış ağır lampalardan və ya divara asılmış şüşə örtüklü rəsmlərdən, habelə qablardakı bitkilərdən çəkinmək lazımdır. Dolablar, yataq otağı masaları etibarlı, sizə zərər verməyəcək şəkildə yerləşdirilməlidir.

İşıqlandırma bəzəkləri

Evi dekorasiya edərkən işıq amillərini də nəzərə almaq lazımdır. Çilçıraq seçimində kənarları kəsici olan, ağır və daha çox şüşələrdən ibarət işıqlandırmadan uzaq olmaq məsləhətdir. 

# 3755
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar