Bakı limanında koronavirusla bağlı sanitar nəzarət gücləndirildi
29 yanvar 2020 17:48 (UTC +04:00)

Bakı limanında koronavirusla bağlı sanitar nəzarət gücləndirildi


Koronavirus (2019-nCoV) virusunun Çində yayılması xəbəri fonunda Bakı Beynəlxalq Dəniz Limanı (Bakı limanı) sanitar nəzarət gücləndirilib.

Bakı limanından "APA-Economics"ə verilən məlumata görə, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür.

Məlumata əsasən, limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq Liman ərazisində daimi olaraq təcili tibbi yardım maşını fəaliyyət göstərir.

# 1037
avatar

Oxşar yazılar