İlin məşqçisi Bundesliqa klubundan qovuldu
29 yanvar 2020 14:54 (UTC +04:00)

İlin məşqçisi Bundesliqa klubundan qovuldu

0


Almaniyanın “Fortuna” klubu baş məşqçisi Fridhelm Funkeli istefaya göndərib.

Apasport.az saytının məlumatına görə, buna Düsseldorf təmsilçisinin Bundesliqadakı uğursuz nəticələri səbəb olub.

19 matçda 15 xal toplayan “Fortuna” sonuncu – 18-ci pillədə qərarlaşıb. 66 yaşlı F.Funkel bu komandada 2016-cı ildən çalışıb və məhz onun rəhbərliyi altında Bundesliqaya yüksəlib.

Qeyd edək ki, klub bir gün əvvəl şəhərdə ilin ən yaxşı məşqçisi ilə bağlı təbrik yaymışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1540

Oxşar yazılar