829
10:14
29 Yanvar 2020

Koronavirus qurbanlarının sayı 132-yə çatdı - YENİLƏNİB

Çində yeni koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, onlardan 132 nəfəri dünyasını dəyişib.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, virusa yoluxanların ən kiçiyinin cəmi 2 yaşı var.

***

08:27

Çinin Hubei əyalətində yeni növ koronavirusdan ölənlərin sayı gündə dörddə bir dəfə artaraq 125 nəfərə çatıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli CGTN telekanalı məlumat yayıb.

“Hubey əyalətində koronavirusdan 25 yeni ölüm hadisəsi qeydə alınıb. Virusa daha və 840 nəfər yoluxub. Ümumilikdə koronavirus yoluxan 3554 nəfər nəzarət altında saxlanılır”, - xəbərdə bildirilir.