Xalq artisti yenidən xəstəxanaya yerləşdirildi
28 yanvar 2020 10:15 (UTC +04:00)

Xalq artisti yenidən xəstəxanaya yerləşdirildi

Xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.

Lent.az-ın məlumatına görə, aktyor bu barədə “5/5” verilişinə telefonla zəng edən zaman deyib.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürüb.

# 1998
avatar

Yalçın UĞUR

Oxşar yazılar