Məktəblərdə psixoloji xidmətlə bağlı yeni qaydalar hökumətə təqdim edildi
27 yanvar 2020 13:46 (UTC +04:00)

Məktəblərdə psixoloji xidmətlə bağlı yeni qaydalar hökumətə təqdim edildi

"Dekabrda ölkədə fəaliyyətdə olan 2700-ə yaxın psixoloqun diaqnostik qiymətləndirilməsi keçirilib. Məktəblərdə sağlam-psixoloji mühitin formalaşması, bu işin təşkili istiqamətində ötən il Nazirliyin xüsusi Tədbirlər Planı hazırlanıb və bir sıra işlər həyata keçirilib".

APA-nın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyi Nazirlər Kabinetinə məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydaları təqdim edib: "Həmin qaydaların qəbul edilməsi ilə ümumilikdə məktəb daxilində yalnız psilxoqun səyləri nəticəsində deyil, ümumilikdə məktəb kollektivinin, rəhbərinin, sinif müəlliminin, müəllimlərin birgə fəaliyyətinin təşkili, psixoloji xidmətin daha yüksək keyfiyyətli təqdim edilməsi ilə nəticələnməsini gözləyirik. Təbii ki, bu sadə proses deyil". 

Nazir psixoloqların əmək haqqısı ilə bağlı məsələyə də aydınlıq gətirib.  O deyib ki, psixoloqların əmək haqqı diaqnostik qiymətləndirmə keçən müəllimlərlə müqayisədə fərqli sistemlə müəyyən edilir: "Bu gün psixloqların və bir sıra digər kateqoriyadan olan təhsil işçilərinin əmək haqqı müvafiq tarif cədvəli ilə tənzimlənir. 2019-cu ildə bilavasitə diaqnostik qiymətləndirmə ilə bağlantı olmadan psixoloqların maaşları 2 dəfədən bir qədər az artırılıb. Təhsil Nazirliyi diaqnostik qiymətləndirmənin nəticəsi olaraq psixoloji xidməti təşkilinin nəticəsi olaraq təhlillər aparılacaq və bu kateqoriyadan olan insanların əməyinin stimullaşdırılması, həmin xidmətin təşkil edilməsi, onların sayının müəyyən edilməsi istiqamətində   təkliflər hazırlayacaq. Bildiyiniz kimi, əmək haqqı artımı, əlavə ştatların açılması bir sıra qurumlarla razılaşdırma formasında həyata keçirilməlidir. Təhsil Nazirliyi bu istiqamətdə addımlar, təşəbbüslər irəli sürəcək".

 

# 918
avatar

Oxşar yazılar