<font color=red>&#174; </font> “Qusar Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olsun!” - Namizəd Elena Rəcəbova - FOTOLENT
27 yanvar 2020 11:55 (UTC +04:00)

® “Qusar Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olsun!” - Namizəd Elena Rəcəbova - FOTOLENT

 

51 saylı Qusar seçki dairəsindən parlament seçkilərində namizədliyini ilk dəfə irəli sürən Rəcəbova Elena Tağı qızı! 1986-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini 1993-cü ildə Nizami rayonu 32 saylı orta məktəbdə, daha sonra 2000-ci ildə Kimya-biologiya liseyinde davam etdirib. Liseyi fərqlənmə ilə bitirərək Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə daxil olub. 2010-cu ildə həkim mama-ginekoloq ixtisasına yiyələnib. Öz istəyilə doğma rayonu Qusara gələrək Qusar Mərkəzi Xəstəxanasının doğum şöbəsində cərrah-ginekoloq vəzifəsində işləyib və bu günədək işləməkdə davam edir. Bir sıra beynəlxalq, regional və respublika miqyaslı elmi konfransların iştirakçısıdır. Ailəlidir. İki övladı var.

- Millət vəkili obrazını köklü şəkildə dəyişmək;
- Azad iqtisadiyyat prinsiplərini daim qorumaq;
- Yeni qanunların, proqramların, investisiya layihələrinin həyata keçirilməsinə çalışmaq;
- Vətəndaşların şikayət və ərizələrinə vaxtında baxmaq və ədalətli həlli yollarını tapmaq;
- Kəndiçi yolların çəkilməsi, suvarma suyuna olan ehtiyacların ödənməsi, ictimai su problemlərinin həll olunması;
- Bölgəyə xarici sərmayələri cəlb etmək, sahibkarlığın və yerli istehsalın inkişafına çalışmaq;
- Kənd və kəndlinin problemlərinin həll edilməsi üçün kəndin inkişaf proqramını daha da inkişaf etdirmək;
- Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə, xüsusi ehtiyacı olan insanlara diqqət yetirmək;
- Peşəkar kadrların hazırlanmasına çalışmaq, xarici ölkələrdə dövlət hesabına təhsil aldırmaq;
- Təmirə ehtiyacı olan orta məktəblərin təmir olunmasına nail olmaq;
- Kompyuter internet şəbəkələrinin ucqar kənd sərhədlərinə kimi genişlənməsinə nail olmaq;
- Mədəniyyət ocaqlarımızın müasirləşməsinə nail olmaq;
- İnkişaf etmiş vətənimiz Azərbaycana ciddi töhfələr verən Qusarımız daha da güclənməlidir!

Birlikdə çalışaq ki, Qusar Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olsun!
Bunun üçün xalq-dövlət birliyi olmalıdır!

# 5157
avatar

Oxşar yazılar