Hindistanda binanın çökməsi nəticəsində 5 nəfər ölüb
25 yanvar 2020 20:46 (UTC +04:00)

Hindistanda binanın çökməsi nəticəsində 5 nəfər ölüb

 

Nyu-Dehlinin şimal-şərqindəki Bhacanpur bölgəsində bir məktəb hazırlığı mərkəzinin çökməsi nəticəsində azı beş nəfər, o cümlədən dörd uşaq ölüb.

APA xəbər verir ki, bu barədə yerli “NDTV” telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlər dörd məktəbli və bir müəllim olub.

Bundan əvvəl Hindistanın “Outlook” jurnalının elektron versiyası tikinti işlərinin aparıldığı binanın çökməsi nəticəsində 13 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Hazırda hadisə yerində xilasetmə işləri davam edir.

# 1078
avatar

Oxşar yazılar